Accessibility links

İtaliya mafiyasının başçısı həbs edilib


İtaliya polisi axtarışda olan və mafiyada bosların bosu kimi tanınan Bernardo Provenzonu həbs edib. Sisiliya mafiyasının başçısı Bernardo Provenzano 43 il idi ki, qaçaq idi. O, Sisiliyanın Karleone kəndi yaxınlığındakı evdə həbs edildi. Polis onu həbs edərkən zabitlərlə danışmaqdan imtina etdiyini, lakin heç bir təzyiq göstərmədiyini deyib. Onun haraya aparıldığı məxfi salxlanır.

73 yaşlı Provenzanoya hələ gənc ikən Karleone ailəsinin düşmənlərini dəf etdiyi üçün “Traktor” ləqəbi verilmişdi. Sisiliya mafiyasının başçısı Toto Riina 1993-cü ildə həbs edildikdən sonra Provenzanonun Sisiliya məafiyasının başçısı təyin edildiyinə inanılır.

İtaliya siyasətçiləri Provenzanonun həbsini alqışlayıblar. Sisiliyadan senator Enriko La Loggia mafiozinin həbsindən razı qaldığını bildirib və onu İtaliya tarixində ən təhlükəli qacaq adlandırıb. O deyib ki, bu ancaq sisiliyalılar deyil, bütün İtaliya vətəndaşları və Berluskoni hökuməti üçün böyük müvəffəqiyyətdir. O, bunu həm də Berluskonu hökümətinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə mühüm nailiyyəti kimi qiymətləndirib.

Polisdə Provenzanonun ancaq 1959-cu ildə 25 yaşında olarkən çəkildiyi şəkli var idi. Rəsmilər çoxdandır ki, onun görünüşü haqda təsəvvürə malik olmadığını və onun kimliyinin DNK vasitəi ilə müəyyən edildiyini bildirirlər. Onun həbsindən əvvəl müstəntiqlər koputer vasitəsi ilə onun hazırkı görünüşünü yaratmağa çalışırdılar.

Deyilənlərə görə Provanzo 1963-cü ildən bəri ələ keçirilməmək üçün yepiskop geyimi daxil edilməklə xarici görüşüşünü dəyişir, heç vaxt şəkil çəkdirdmirdi. Müstəntiqlər deyirlək ki, o, əsasən Sisiliyada illərlə bir evdən başqasına kökməklə yaşamışdır.

Sisiliyalıların necə deyərlər, yazılmayan sükut kodu onu illərdir azadlıda saxlamışdı. Rəsmilər Provenzanonun mobil telefon kimi müasir texnikadan istifadə etmədiyini, “pizetti” adlanan ancaq kiçik məktublaşma ilə əlaqə saxladığını bildirilər. Polis onu dəfələrlə ələ keçirməyə yaxınlaşarkən, o son dəqiqədə qaçmağa nail olmuşdu.

Provenzano illər ərzində mafiyanın cinayətlərinə görə qiyabi şəkildə ömürlük həbs cəzasına məhkum edilmişdi. Bu cinayətlərə 1992-ci ildə anti-mafiya zabitləri Ciovanni Falkoneni və Paolo Borsellinonun qətlləri də daxildir.

XS
SM
MD
LG