Accessibility links

Yaşar Aslani: “Traktorsazinin cəzalandırılması ədalətsiz qərar idi”


Yaşar Aslani: “Traktorsazinin cəzalandırılması ədalətsiz qərar idi”
Yaşar Aslani: “Traktorsazinin cəzalandırılması ədalətsiz qərar idi”

Təbriz komandasının azarkeşi deyir ki, etiraz əlaməti olaraq Təbriz bazarı da bağlanıb

İran Futbol Federasiyasının Təbrizin Traktorsazi komandasına iki oyunu tamaşaçısız keçirmə cəzası İran Azərbaycanında etirazlara səbəb olmaqda davam edir. Traktorsazi komandasının azarkeşi və komandanın Tehranda keçirdiyi oyununu izləmiş Yaşar Aslani deyir ki, komandanın cəzalandırılması ədalətsiz olub. Tehranda Persepolis komandası ilə keçirilən oyunda azərbaycanlılara qarşı təhqirlər səsləndiyini bildirən cənab Aslani rəqib komandanın azarkeşlərinin meydançaya su butulkaları və başqa kənar maddələr atdığını deyib. Onun sözlərinə görə, buna baxmayaraq Təbrizin təmsilçisinə (timinə) 2, Tehran komandasına isə 1 oyunluq cəza verildi. Azarkeş bu barədə FİFA-ya da müraciət edildiyini bildirib: “Təbriz bazarı da Traktorsazi komandasının azarkeşlərinə həmrəylik göstərərək meydanlarda toplaşan Traktor tərəfdarlarını dəstəklədi və Təbriz bazarında ticarəti dayandırdı”.
Qeyd edək ki, Traktorsazi komandası izləyicisiz keçirdiyi ilk oyununda Tehranın Rahi Ahən timini 3-1 hesabı ilə məğlub edib. Təbriz təmsilçisi (timi) növbəti oyununu da izləyicisiz oynamaq məcburiyyətindədir. Türkcə və Farsca xəbər saytlarına əlavə olaraq Kürdüstanın səsi saytı da oyunu izləmələrinə imkan verilmədiyinə görə Təbrizdə minlərlə insanın iştirakı ilə nümayişlərin baş verməsini təsdiqləyib, şəhərin küçələrinə minlərlə hərbçi yerləşdirildiyini bildirib.

XS
SM
MD
LG