Accessibility links

ABŞ hökuməti mühacirətlə bağlı kompromis bir yol axtarır


Birləşmiş Ştatlar mühacirlər ölkəsidir. Lakin tarix boyu mühacirlərin gəlməsinin əleyhinə olanlar var ki, onlar maaşlarının azalmasından və Amerika mədəniyyətinə təhlükə olmasından qorxurlar. Bu gün Konqres Birləşmiş Ştatların sərhəddinə axışan qeyri-qanuni mühacirləri nəzarət altında saxlamaq barədə müzakirələr keçirir.

“Azad nəfəs almaq üçün yorğunluğunu, kasıblığını, illərlə çiyinlərində daşıdığın yükü mənə ver!” - Azadlıq heykəlinin üzərinə həkk olunmuş bu sözlər Amerikada daha yaxşı həyat vəd edir. Latın Amerikası ölkələrindən dəvət olunmamış çox sayda yoxsul insan bu vədin gerçəkləşməsi üçün Birləşmiş Ştatlara gəlir.

ABŞ hökumətinin təxminlərinə görə Amerikada 11 milyondan çox qeyri-qanuni mühacir var və hər il ölkəyə yarım milyon mühacir də daxil olur. Bəziləri hal-hazırda Meksika sərhəddindən 2400 km məsafədəki Şimali Karolina ştatının Duplin bölgəsində məskunlaşıb. Son 30 ildə ölkədə ispan mənşəlilərin sayı 1000% artmışdır.

Bəzi yerli sakinlər bundan narazıdırlar. Bu hisslər Konqresin Hümayəndələr Palatasının qeyri-qanuni mühacirlərin ölkədən deportasiya edilməsi və Amerikanın Meksika ilə 3200 kilometrlik sərhəddinin 1100 km-nə sədd çəkmək barədə qəbul etdiyi qanun layihəsində də əks olunur. Hazırda sərhəddin 4%-nə sədd çəkilib. Bu səddin çəkilməsi planını və digər ciddi ölçüləri dəstəkləyən siyasətçilər qeyri-qanuni mühacirərin baha başa gəldiyini və çox ciddi problemlər yaratdığını deyirlər.

Viskonsin ştatından respublikaçı konqresmen Ceyms Sensenbrenner deyir ki, əgər bu qanun həyata keçirilməsə, sadəcə olaraq, daha çox mühacirin gəlməsinə imkan yaranacaq və bizim xəstəxanalar, bizim məktəblər qeyri-qanuni mühacirlərlə dolacaq.

Vaşınqton şəhərində yerləşən Heritac Fondunun mühacirət üzrə mütəxəssisi Körk Conson hesab edir ki, Birləşmiş Ştatlara qeyri-qanuni gələn mühacirlər qanuni yolla ölkəyə daxil olmaq istəyən mühacirlərə mane oldur. Depotrasiyanın əleyhinə olan tənqidçilər deyirlər ki, 11 milyon sənədsiz mühacirin hər birini tapıb ölkədən xaric etmək qeyri mümkündür. Senat qeyri-qanuni mühacirlərin vergi ödədiyi, ingilis dilini öyrəndiyi halda Amerikada qalmalarına imkan verən kompromis bir yol axtarır. Prezident Buş isə iş vizası proqramını təklif edir.

XS
SM
MD
LG