Prezident Buş istefada olan bir qrup generalın müdafiə naziri Donald Ramsfeldin İraq müharibəsində yol verdiyi səhvlərə görə istefa verməsi barədə tələblərini rədd edib.
General-mayor Con Batist İraqa ilk daxil olan Birləşmiş Ştatlar piyada diviziyasına rəhbərlik edirdi. O, Donald Ramsfeldin istefasını tələb edən altı sabiq generaldan biridir. General Batist deyir ki, Pentaqonun rəhbəri baş verənlərə görə cavabdehlik daşıyır.
Hərbi Dəniz qüvvələrinin generalı Entoni Zinni 1990-cı illərdə Mərükəzi Komandalığın başçısı idi. Artıq 2004-cü ildə general Zinni Pentaqonun ABŞ hərbi qüvvələrində xidmət edən gənc qadın və kişiləri bada verməsində iddia etmişdi.
Sabiq Baş Qərərgahlar rəisi genaral-leytenant Qreq Nyubold bu yaxınlarda Taym jurnalında lider haqda məqaləsində, onun sözləri ilə desək, liderliyin “qan bahasına başa gəldiyini” yazmışdı. O deyir ki, Birləşmiş Ştatlar hərbi qüvvələrinin bir çox sabiq nümayəndələri rəhbərliyi tənqid etməkdən çəkinməyərək, fundamental baxımdan səhv mühaibər planına etiraz etmədilər.
Dünən bu məsələ ilə əlaqədar prezident Buş nazirin dözümlü və enerjili olduğunu, doğrudan da bu çıxılmaz vəziyyətdə nə etmək lazım olduğunu bildiyini deyərək, Ramsfeldi müdafiə edib. Nazir isə Əl Ərəbiyyə televiziysına müsahibəsində istefa verməyəcəyini deyib.