İran deyir ki, Qərbin Fələstinə yardımı dayandırması nəticəsində yaranan maliyyə böhranının qarşısını almaq üçün o, Həmasın başçılıq etdfiyi hökumətə 50 milyon dollar verəcək. İranın Xarici İşlər Naziri Manuçehr Motəkki bu gün Tehranda keçirilən konfrans zamanı bu haqda bəyanat verib. İranın yardım vədi ABŞ və Avropa Birliyinin Həmas hökumətinə yardımı kəsməsinin ardınca gəlir. Belə ki, Qərbin tələblərini rədd edərək Hamas İsrailin mövcudiyyət hüququnu tanımaqdan və zorakılıqlara son qoymaqdan imtina edir. İsrail öz növbəsində hər ay Fələstin büdcəsinə köçürdüyü 50 milyon dollar həcmində vergi pullarını dayandırıb.