Accessibility links

ABŞ-da vergi möhləti başa çatır


Bu gün Amerikada vergi ödənişlərinin son günüdür. Bir çox amerikalı vergilərə dair xüsusi formalar doldurmalıdır. Vergi qanunlarının tənqidçiləri 60000 səhifədən ibarət sənədin bir çox amerikalı tərəfindən tam şəkildə başa düşülmədiyini bildirir. Deyilənlərə görə, hətta qanunları tərtib edən konqres nümayəndələri belə vergilərini hesabdarlar vasitəsi ilə ödəyirlər. 133 milyon amerikalının 60 faizi vergilərin formalarının doldurulmasında əlavə yardıma müraciət edirlər. Vergilərin hesablanmasının ildə 125 milyard dollara başa gəldiyi təxmin edilir. Bu isə Amerikanın avtomobil sənayesinin dövriyyəsinə bərabərdir. Hazırda Konqres qarşısında vergi sisteminin asanlaşdırılmasına dair bir neçə təklif irəli sürülür.
XS
SM
MD
LG