Accessibility links

Nepalın kralı ,ölkənin əsas partiyalarını Baş Nazirliyə  bir nəfəri namizəd göstərmələrini təklif edib.


Nepalın kralı Gyanendra telviziya ilə xalqa etdiyi müraciətində hakimiyyəti yenidən xalqa tapşıracağını bildirərək deyib ki, ölkənin əsas partiyalarını Baş Nazirliyə bir nəfəri namizəd göstərmələrini təklif edib.

Kralığın komandant saatının tətbiqinə və nizam-intizamı pozanların yerindəcə öldürülməsi barədəki sərəncamına baxmayaraq bu gün də on minlərlə nümayişçi krala qarşı təşkil edilən nümayişdə iştirak edib. Şahidlər deyirlər ki, Katmandunun ətrafındakı Kalanki qəsəbəsində nümayişçilər bayraqları dalğalandırmış, monarxiyaya qarşı şüarlar hayqırmış və maşın təkərləri yandırmışlar. Patricia Nunan isə bildirir ki, o, Kalanki qəsəbəsindədir.. Dünən bu qəsəbədə polisin atəşi nəticəsində 4 nümayişçi həlak olmuşdu. Nümayişçilər ona deyiblər ki, monarxiyaya qarşı etirazlarını davam etdirmək üçün heç bir hədə-qorxudan çəkinmirlər. Nümayişlərin səngidiyi bir vaxtda kral 16 gündən bəri davam edən etirazlardan sonra, bu gün xalqa etdiyi müraciətində ölkədə çox partiyalı demokratik sistemin təşkilinə və hakimiyyəti xalqa tapşıracağına söz verib. O, təxminən 15 ay əvvəl hakimiyyəti tam olaraq öz əlinə almışdı. O tarixdən bəri ölkədə siyasi böhran baş vermişdi. Siyasi partiyaları 96-cı ildən bəri monarxiyaya qarşı mübarizə aparan və ölkə ərazisinin yarısından çoxuna nəzarət edən maoist üsyançılar da dəstəkləyirlər.

XS
SM
MD
LG