Accessibility links

İraqa yeni baş nazir təyin edildi


Iraq prezidenti Cəlal Talabani Cavad Əl-Malikini baş nazir təyin edib və ona hökuməti təşkil etmək barədə sərəncam verib. Beləliklə, baş nazirin təyin olması məsələsilə bağlı 4 aydan bəri davam edən mübahisələrə son qoyulub.

Cənab Talabani bu təyinatı bu gün parlamentin sessiyasında açıqlayıb. Qeyd edək ki, şiə siyasətçilər dünən keçirdikləri yığıncaqda cənab Cavad Əl Malikini baş nazir vəzifəsinə namizəd göstərmişdilər. Eyni zamanda sessiya cənab Talabanini yenidən prezident seçib. Sünni Ərəb Mahmud Əl Məşhadani isə parlamentin sədri seçilib.

Xatırladaq ki, sünni ərəblər və kürdlər İbrahim Əl Cəfərinin baş nazir olmasına qarşı çıxış edirdilər. Onlar onu təriqətlərarası zoraklılıqları dayandığrmaq üçün kifayət qədər fəaliyyət göstərməməkdə təqsirləndirirdilər.

XS
SM
MD
LG