Qiyamçıların hücumları nəticəsində bütün İraq boyu bu gün 11 nəfər iraqlı, 3 Amerika əsgəri həlak olub. Bağdadın mərkəzində raket hücumu 7 iraqlının qətlinə səbəb olub. Polis eləcə də, paytaxtın sünni məhəlləsində baş nahiyəsindən güllə ilə vurulub öldürülmüş 6 nəfərin səcədini aşkar edib. Kərkükdə silahlı bir şəxs müqavilə ilə işləyən iraqlını qətlə yetirib.
Bu gün eləcə də xəbər verilir ki, Birləşmiş Ştataların İraqdakı səfiri Zalmay Xəlilzad yaraqlıların buraxılması barədə danışıqlar aparmaq üçün İraq prezidenti Calal Təlabani və İraq Kürdüstanının regional prezidenti Məsud Barzani ilə görüşmüşdür.