Accessibility links

Fələstin prezidenti rəsmi səfərlə Türkiyədədir


Fələstin prezidenti Mahmud Abbas yenicə seçilmiş Həmas hökumətini buraxmaq kimi bir hüquqqa malik olduğunu bildirib. lakin o, bu səlahiyyətindən istifadə etmək istəmədiyini və Həmasın zorakılqıları qınayıb, İsrailin mövcudluq hüququnu tanıyacağına ümid bəslədiyini deyib.

Mahmud Abbas Yaxın Şərq sülh prosesi və Həmas hökumətinə yardımların dondurulmasının təsirlərinin müzakirəsi məqsədi ilə Ankaradadır. Xatırladaq ki, Amerika və Avropa Birliyi Fələstin hökumətinə birbaşa yardımları bu ilin əvvəlindən etibarən dayandırmışdır. Fələstin lideri Mahmud Abbas bildirib ki, Fələstin aclıq təhlükəsi qarşısındadır. Cənab Abbas Türkiyənin baş naziri Recep Teyyib Ərdoğan və müxalifət lideri Deniz Baykalla görüş keçirməlidir.

XS
SM
MD
LG