Birləşmiş Ştatların Nepalın paytaxtı Katmandudakı səfirliyi ölkənin təhlükəsizlik qüvvələri ilə etirazçılar arasındakı toqquşmalara görə özünün bəzi işçilərini və onların ailələrini ölkədən çıxmasına göstəriş verib. Səfirlik işçilərindən əlavə ölkədə olan bütün amerikalılara ölkəni tərk etməyi məsləhət görüb. Buna, Nepalın müxalifət partiyalarının paytaxtda daha geniş kütləvi aksiyalar keçirmək planı səbəb olub.
Kralın parlamenti əvvəlki vəziyyətinə qaytarmaq və keçən il ləğv etdyi vətəndaş müstəqilliyinin bərpası tələbləri ilə etiraz nümayişləri artıq 19 gündür ki, davam edir. Müxalifət lideri Xanal nümayişçilərin kralın Katmandudakı sarayını tezliklə mühasirəyə alacağını deyir.
Bu gün polisin nümayişçilərin dağıdılması məqsədi ilə rezin güllələrdən istifadə etdiyi bildirilir. Əvvəlki günlərlə nisbətən bu gün daha az nümayişçinin iştirakı ilə aksiyalar keçirilib. Nümayişçilər bütün gün davam edən kommendant saatı və polisin xəbərdarlıq etmədən yerindəcə güllələnmə sərəncamına əhəməmiyyət evrmirlər.