Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı ölçülər məsələsini müzakirə edəcək


Cümə günü BMT-nin Təhlükəsizlik Şurasında İranın nüvə ambisiyaları ilə əlaqdar ölçülər götürülməsi məsləsi müzakirəyə qoyulacaq. Elə həmin gün Şura Beynəlxalq Atom Enerjjisi Agentliyinin başçısı Məhəmməd Əl Bəradeinin hesabatını dinləməlidir. Hesabat İranın dinc və ya hərbi mahiyyət daşımasından asılı olmayaraq, uranın zənginləşdirilməsi proqramının dayandırılması tələblərinə necə cavab verdiyini özündə əks etdirəcək. Qeyd edək ki, İran nüvə proqramının mülki mahiyyətli olduğunu desə də, Amerika Birləşmiş Şattları və Avropa Birliyi Tehranın nüvə cəbbəxanası inşa etdiyində israr edir.

Ekspertlərin fikrincə İranın bu ay Natanz nüvə obyektində uranın zənginləşdirilməsinə nail olması ilə Məhəmməd Əl Bəradeyinin hesabatının neqativ olacağını deyirlər. Belə ki, Tehranın BMT-nin tələblərinə əməl etmədiyi artıq aydındır. Təhlilçilərin əksəriyyəti BMT-nin Təhlükəsizlik Şurasının Amerikanın təkidi ilə İrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirirlər.

Təhlükəszlik Şurasının 5 daimi üzvü olan ölkələrin nümayəndələri ilə keçirilən Moksva görüşüdən yenicə qayıdan ABŞ dövlət katibinin müavini Nikolos Börns Dövlət Departamentində təşkil edilən brifinq zamanı bir neçə variantın müzakirə edildiyini demişdir. Eyni zamanda ABŞ dövlət katibinin müavini Börns Moskva görüşü zamanı bu ölçülərin hansı yollarla həya keçirilməsinə dair heç bir razılıq əldə edilmədiyini demişdir.

Xatrıladaq ki, BMT-nin Təhlükəszlik Şurasının 5 daimi üzvükndən ikisi Çin və Rusiya saksiyaların əleyhinə olduqlarını dəfələrlə təkrar etmişlər. Bəzi ekspertlərin fikrincə saksiyalar istənilən nəticəni verməyə bilər.

Britaniyalı keçmiş diplomat, 1998-2000-ci illər ərzində Böyük Britaniyanın BMT-nin Təlhükəsizlik Şurasındakı nümayəndə heyətinin üzvü Karne Ross İraqa qarşı sanksiyalar üzrində işləmişdi. O deyir: “İraqa qarşı irəli sürülən sanksiyalar İraqın bütün idxal və ixrac əməliyyatlarını yasaqlayırdı. Bu, heç bir ölkəyə qarşı tətbiq edilməyən kəskin ölçülər idi. Lakin bununla belə İraqı silah müfəttişlərinin tam yoxlanışına yol verməsinə vadar edə bilmədik. Müfəttişlər ölkəyə buraxılsalar da, əhatəli təftiş imkanı əldə edə bilmədilər.”

Təhlilçilər BMT-nin Təlükəsizlik Şurasının cümə günü yaığıncağı zamanı saksiyalar barədə qərar qəbul ediləcəyini gözləmirlər. Lakin onlar İrana qarşı təzyiqlərin artırılacağını təxmin edirlər. Bu təzyiqlər isə öz növbəsində İranın cəzalandırılması ölçülərinə yol açacaq.

XS
SM
MD
LG