Accessibility links

İnsan alverinin qarşısının alınması yolları axtarılır


Ukraynanın paytaxtı Kiyevdə insan alverinin qarşısının alınması yollarının müzakirəsi məqsədi ilə 30-dan artıq ölkə nümayəndəsinin görüşü keçirilir. Kanadanın Ukraynadakı səfiri Abina Dann bildirib ki, insan alveri insan hüquqlarının pozulması sahəsində ən ağır cinayətlərdən biridir. Qeyd edək ki, Kiyevdə təşkil edilən bu təlim kursları Ukraynanın xarici işlər nazirliyi, Kanadanın Ukraynadakı səfirliyi və ATƏT-in təşəbbüsü ilə keçirilir. ABŞ Dövlət Departamenti bildirir ki, əsasən gənc qadınların hədəf alındığı insan alveri mütəşəkkil cinayətkarlara ildə 32 milyard dollar gəlir gətirir.
XS
SM
MD
LG