Accessibility links

Ermənistanın sərnişin təyyarəsi qəzaya uğrayıb


Yerevandan Soçiyə yola düşən Ermənistanın sərnişin təyyarəsinin Qara Dəniz sahilində qəzaya uğraması nəticəsində azı 113 nəfər həlak olub. Rusiyanın Fövqəladə Hallar nazirliyi bildirir ki, 320 reysli Airbasın komanda heyəti və sərnişinlərdən sağ qalan yoxdur. Airbas Soçinin yaxınlığında enən vaxt dənizə düşmüşdür. Ermənistan və Rusiya rəsmiləri qəzanın səbəbini hava şəraitinin pis olması ilə əlaqələndirirlər. Onlar bunun terror əməliyatı olmadığını deyirlər.

Onlarla xilasetmə qayıqları şiddətli yağışa baxmayaraq axtarışlarını davam etdirirlər. Onlar suyun üzərindən cəsədlər, yük və xilasediçi jaketlər tapıblar. Rusiya Fövqəladə Hallar nazirliyinin yüksək vəzifəli rəsmisi Serqey Kudinov deyib ki, sualtı qayıqlar da xilasetmə əməliyyatlarında iştirak edirlər.

İtar-Tass Xəbərlər Agentliyinin bildirdiyinə görə xialsetmə briqadaları azı 46 nəfərin cəsədini tapıb. Rəsmilər deyirlər ki, 26-sı rus olmaqla sərnişinlərin çoxu ermənidir. Sərnişinlərin qohumları hazırda Soçiyə gəlirlər. Rusiya və Ermənistan bu kədərli hadisə ilə əlaqədar mayın 5-i matəm günü elan edib.

Ermənistan Arnavia hava yolları şirkətinin yüksək vəzifəli rəsmisi isə bildirib ki, pilot havanın pis olmasını nəzərə alaraq Yerevana qayıtmağı qərara almışdı. Lakin sonra nədənsə qərarını dəyişib. Sərnişinlərin çoxu Nasist Almaniyası üzərində qələbənin ildönümü ilə əlaqədar bir həftədən çox davam edən istirahat günlərini Soçidə keçirmək istəyirdilər.

XS
SM
MD
LG