İran məhkəməsi asayişi pozmaq ittihamları ilə 52 nəfər sufi müsəlmanı məhkum edib. İranın Kargüzəran qəzeti sufilərin vəkilinə istinadən yazır ki, məhkəmə sufilərin hər birinə 74 şallaq vurulmaqla, onları adambaşı 1 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, cəzalandırılan 52 sufi fevral ayında Qum şəhərindəki Sufi ibadətgahında həbs edilən minlərlə sufilərdəndir.
Vəkil Fərşid Yadollahi deyib ki, o və sufiləri müdafiə edən digər bir vəkil də 1 il müddətinə həbs cəzasına və 74 şallağa məhkum edilib. Eləcə də onlar 5 il müddətinə vəkillik hüququndan məhrum ediliblər. Qeyd edək ki, populyarlığı artmaqda olan sufilik və digər mistik təriqətlər İran hökuməti tərəfindən təqiblərə məruz qalır.