Birləşmiş Ştatların dövlət katibi Kondolizza Rays dünən axşam Nyu-Yorkda İranın nüvə programı məsələsini Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın xarici işlər nazirlərilə müzakirə edib. Xanım Rays görüşdən öncə İran prezidenti Mahmud Əhmədinejadın prezident Buşa məktub ünvanlamasının diplomatik sensassiya olmadığını demişdi. İranın rəsmiləri deyirlər ki, prezident məktubunda bəşəriyyətin üzləşdiyi problemlərin həlli üçün yeni yollar təklif edir. Amerikanın rəsmiləri isə məktuba əhəmiyyət verməyiblər. Xanım Rays deyib ki, 17-18 səhifəlik məktubda tarix, fəlsəfə və dindən bəhs edilir, bir kəlmə də olsa İranın üivə məsələsindənə söz açılmayıb. Cənab Əhmədinejad məktubunda qeyd edib ki, liberalizm və demokratiya anlayışı mənasını itirib. O, Vaşinqtonu İraqı işğalına görə tənqid edərək bildirib ki, müharibəyə görə, Amerika hökumətinə qarşı qlobal nifrət artmaqdadır. O, həmçinin İsrailə qarşı tənqidlərini təkrar edərək, Birləşmiş Ştatları İsraili dəstəkləməkdə qınayıb. Cənab Əhmədinejad məktubunda İranın uranın zənginləşdirilməsinin davam etdirilməsi məsələsinə toxunmayıb. Məktubda ancaq uranın zənginləşdirilməsinin dinc mahiyyət daşıdığığı qeyd edilib.