Səhiyyə rəsmiləri bütün dünyanı narahat edən vacib suala cavab tapmağa çalışırlar. Əgər öldürücü H5N1 quş qripi virusu mutasiya edərək insanlar arasında yayılarsa, onlar nə edəcəklər? 2003-cü ildən bəri bu virus Asiyada, Yaxın Şərqdə, Avropa və Afrikada milyonlarla quşu öldürmüş və virusa yoluxan 200 nəfərin yarısı vəfat etmişdir.
Con Hopkins Universitetinin tədqiqatçıları insan sağlamlığı ilə bağlı fövqəladə vəziyyətləri araşdıran kompyuter modeli üzərində işləyirlər. Bu modelə səyahətlərə məhdudiyyətlər, xəstəliyə yoluxanların təcridi, ativirus preparatlarının toplanması və çox təsiri olmayan, lakin daha rahat əldə edilə bilən vaksinlərdən istifadə daxildir. Bu bütün Birləşmiş Ştatlar və İngiltərə boyu epidemiyanın yayılmasını həm demoqrafik, həm də insanlar çox olan yerləri nəzərdə tutaraq, simulyasiya edən bir modeldir.
Tədqiqatçı Derek Kommings deyir ki, bu model göstərir ki, epidemiya baş verən halda onun mənbəyi təkcə bir faktor olmayacaq. O deyir ki, epidemiyanın qarşısını almaq üçün bir neçə müdaxilə variantlarını işə salmaq lazımdır. Belə modellər quş qripi kimi epidemiyaların birinci hadisədən sonra 60-dan 80 günə qədərki müddətdə meydana çıxa biləcəyini göstərir. Beləliklə sərhədlərin bağlanması və səfərlərə məhdudiyyət yalnız quş qripinuin yayılmasını bir neçə həftə gecikdirə bilər. O, əlavə edib ki, bir evdə yaşayan, yoluxan və yoluxmayan adamlara antivirus peyəndləri vurmaq və məktəbləri bağlanmaqla epidemiyanı 50% azaltmaq mümkündür.
H5N1 vuirusuna qarşı hələlik heç bir müəyyən vaksin tapılmayıb. Lakin buna yaxın viruslara qarşı bir çox vaksin hazırlanıb. Cənab Kommings deyir ki, bu vaksinlər H5N1 virusuna bir o qədər də təsirli deyil, lakin onlardan istifadə etməklə virusun səviyyəsini azaltmaq olar. O deyir ki, ən təsirli metod epidemiyanı əslində dayandırmaqdır.