Pakistan təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirirlər ki, tayfaların yaşadığı Şimalı Vəziristanda həyata keçirdiklən reydlər zamanı tunisli Əbdül Rəhman da daxil edilməlklə, üç yaraqlını ələ keçiriblər. Rəsmilər həmçinin deyirlər ki, Əbdül Rəhman bir əfqanlı və bir pakistanlı yaraqlısı ilə birlikdə dünən həbs edilib.
Associated Press Pakistan Kəşfiyyat İdarəsinin bir rəsmisinə istinadən bildirir ki, Əbdül Rəhman Əl-Qaidənin mühüm üzvlərindən biridir. Prezident Pərviz Müşərrəf Vəziristan bölgəsindəki əcnəbi yaraqlılara ölkəni tərk etmələri barədə xəbərdarlıq edərək bildirib ki, əks təqdirdə məhv olacaqlar.