Accessibility links

Məhəmməd ƏlBaradei İranla qarşıdurmanın diplomatik yolla həllinə çağırır


Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradei İranın nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həlli çağırışlarını bir daha dilə gətirib. Bu gün Amsterdamda danışan cənab ƏlBaradei BMT-nin Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyaların tətbiq edilib-edilməməsi məsələsini təxirə salmaq qərarını alqışlayıb. Qərb ölkələri Təhlükəsizlik Şurasının İranı uranın zənginləşdirilməsi proqramını dayandırmağa vadar edəcək qətnamə qəbul etməsinə, ya da sanksiyaların tətbiq edilməsinə çalışır. Məhəmməd ƏlBaradei deyib ki, o, tərəflərin İranın dinc məqsədli nüvə texnoloğiyasını inkişaf etdirmək hüqununu təmin edəcək komromisin əldə olunacağına ümid bəsləyir. Bu arada, İran prezidenti Mahmud Əhmədinejad qarşıdurmanı həll edə biləcək hər bir kəslə dialoqa hazır oluğunu bəyan edib.
XS
SM
MD
LG