Accessibility links

İraq hökuməti Bağdadda təhlükəsizlik qüvvələrini yenidən formalaşdırır


İraq hökuməti bildirir ki, təriqət zəminində zorakılıqlara nəzərat səyləri çərçivəsində Bağdadda təhlükəsizlik qüvvələri vahid komandanlığa vtabe edilir. Rəsmilərin bildirdiyinə görə, Bağdadda on min nəfərdən ibarət polis və yarı hərbi dəstələr fəaliyyət göstərir. Lakin onların kimə tabe olduğu aydın deyil. Yenidən təşkil olunmuş bu qüvvələr vahid yuniforma geyəcək, eyni maşınlara malik olacaq və bir mərkəzə tabe olacaq.
Bu arada, Bağdadda bu gün yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində üç nəfər həlak olub. Şəhərin başqa iki yerində eyni partlayışlar zamanı üç Amerika əsgərinin həlak olduğu bildirilir.
XS
SM
MD
LG