Accessibility links

Nigeriyanın Laqos şəhərindəki boru kəmərində partlayış baş verib


Nigeriya polisinin bildirdiyinə görə, Lagos şəhəri yaxınlığından keçən boru kəmərində baş verən partlayış azı 200 nəfərin ölümünə səbəb olub. Nigeriyanın Qırmızı Xaç Cəmiyyəti cəsədlərin tanınılmaz dərəcədə yandığını və hadisədən sağ qurtaran olmadığını bildirib.

Hadisə yerində 500-ə qədər neft kanistri aşkar edilib. Bu isə boru xəttindən neft oğurlandığına dair şübhələrə səbəb olub. Şahidlərin dediyinə görə, şəhərin mərkəzindən partlayış baş verən yerdən qalxan tüstünü görmək mümkün idi.

XS
SM
MD
LG