Fələstin prezidenti Mahmud Abbas Avropa Birliyini hökuməti üçün təcili olaraq fondlar ayırmasına çağırıb. Prezident bu çağırışı Fələstin ərazilərində yeni münaqişələrin baş qaldırmasına yol verilməməsi məqsədi ilə etdiyini deyib. Bu gün Avropa Parlamentində çıxış edən prezident Mahmud Abbas bildirib ki, Avropanın bu yaxınlarda Fələstinə yardımı dayandırması Fəlsətində onsuz da ağır olan iqtisadi və sosial vəziyyəti daha da kəskinləşdirib.
Xatırladaq ki, Həmasın İsrailin mövcudluq hüququnu tanımadığı və zorakılıqları qınamadığına görə Birləşmiş Ştatlar və Avropa Birliyi Həmasın başçılıq etdiyi Fələstin hökumətinə yardımları dayandırıb. Bunlarla yanaşı İsrail 50 milyon dollar aylıq vergi gəlirlərini dindurub.
İsrailin ən böyük banklarından biri olan Diskaunt bankının rəsmiləri bu gün bildirblər ki, Fələstin ərazilərində olan bütün maliyyə təsisatlarını dayandırır. Bu qərar böhran içərisində olan Fələstin hökumətində yeni bir partlayışa yol aça bilər. Bank rəsmiləri Fələstin Muxtar İdarəsi ilə hər bir biznes əlaqəsini İsrailin terrorizmə qarşı qanununa zidd olduğunu deyirlər.