Accessibility links

Ankarada silahlı şəxs hücum zamanı bir nəfəri qətlə yetirib


Silahlı şəxs Ankarada Türkiyənin Ali Məhkəməsində atəş açaraq, bir hakimi qətlə yetirib, dörd nəfəri yaralayıb. Türkiyənin NTV kanalı şahidlərə istinadən silahlı şəxsin hücum zamanı “Allahu Əkbər” sözlərini dediyi haqda xəbər verib. Polis hücumçunun nəzarət altına alındığını . deyib. Kütləvi informasiya vasitələri onun hüquqşünas olduğunu bildirib
Silahlı şəxs polisə bildirib ki, o, qadınların universitetlər və digər ictimiai yerlərdə başlarını örtməsi ilə bağlı məhkəmənin qadağanı qüvvədə saxlamsına etiraz edib. Türkiyə prezidenti Əhməd Necdet Sezer hücumu qınayraq, bunu ölkə üçün qara ləkə adlandırıb. Federal məhkəmənin qərarını tənqid edən baş naziri Rəcəp Tayyib Erdoğan da atışmanı qınayıb.
XS
SM
MD
LG