Accessibility links

Kofi Annan İranın nüvə proqramı ilə bağlı böhranın həllini istəyir


BMT-nin baş katibi Kofi Annan İranın nüvə proqramı ilə bağlı müzakirələrdə tərəqqinin əldə olunmamasına görə narahatlığını ifadə edib. Cənab Annan İranın beynəlxalq icitmiayyətlə üzbəüz danışıqlara qatılmalı olduğunun vacibliyini vurğulayıb. O bu açıqlamaları Tokioda tələbələr qarşısında nitqi zamanı verib. Cənab Annan əlavə edib ki, o, BMT-nin Təhlükəsizlik Şurasının İranı qınayacaq qətnaməsinin ən yaxın zamanlarda çıxarılacağına inanmır.
XS
SM
MD
LG