Accessibility links

Bolqarıstanda Mərkəzi və Şərqi Avropa ölkələrinin sammiti açılıb


Bolqarıstan prezidenti Qeorqi Parvanov Qara dənizin kurort şəhəri olan Varnada Mərkəzi və Şərqi Avropa ölkələrinin sammitini açıb. Sammitin diqqət mərkəzində regionda iqtisadi və siyasi uyğunsuzluqların müzakirəsi olacaq. 13 ölkənin prezidentinin iştirak etdiyi zirvə görüşünün diqqət mərkəzində habelə regionun Avropa Birliyilə yaxınlaşması məsələsi də olacaq. Sammitdə iştirak edən 6 ölkə, Çex Respublikası, Litva, Polşa, Slovakiya və Sloveniya Avropa Birliyinə artıq üzvdür. Bolqarıstan və Xorvatiya isə hələ birliyə üzvlüyə namizəddirlər. Dövlət başçıları sammitin işi zamanı böyük biznes sahibləri ilə görüşərək, regionda infrastrukturun inkişafı istiqamətində birgə səyləri müzakirə edəcəklər.
XS
SM
MD
LG