Accessibility links

General Özkök Türkiyənin Ali Məhkəməsində insidentdən sonra kütləvi etiraz aksiyalarına çağırıb


Türkiyədə silahlı şəxsin “Allahu Əkbər” deyərək, Ali Məhkəmənin 5 hakimini güllələməsi və birini qətlə yetirməsinin ardınca ölkənin yüksək rütbəli generalı ictimaiyyəti etiraz aksiyaları keçirməyə çağırıb. Türkiyə hərbi komandanlığının rəisi General Hilmi Özkök deyib ki, qətllərə qarşı və dünyəviçilik uğrunda etiraz aksiyaları kütləvi xarakter almalıdır və burada hamı iştirak etməlidir. Cümə axşamı 10 minlərlə insan paytaxt Ankaranın küçələrinə çıxaraq, məhkəməyə hücuma və baş nazir Rəcəb Təyyib Ərdoğanın islampərəst hökumətinə etirazını bildirib. Çərşənbə axşamı həyata keçirilən hücum cənab Ərdoğanın hökuməti və dünyəviçi Türkiyənin tərəfdarları kimi çıxış edən məhkəmə və hərbi qüvvələr arasındakı gərginliyi artırıb. Cənab Ərdoğan məhkəmənin bu yaxınlarda ictimai yerlərdə qadınların başlarını bağlamasını qadağan edən qərarını pisləmişdir. Qatil polisə bildirib ki, o, bu addımı məhkəmənin qərarına etiraz əlaməti olaraq atıb.
XS
SM
MD
LG