Accessibility links

İraq parlamenti Yeni Birlik hökumətini təsdiq edib


Baş nazir Nuri Maliki və onun kabineti bu gün and içərək vəzifələrinə başlayıblar. Baş naziri Maliki deyib ki, gündəliyin başlıca məsələsi ölkəsinin təhlükəsizliyini təmin etməkdir. Buna görə də o, təhlükəsizlik qüvvələrinin təlimdən keçməsi və İraqdan xarici hərbi qüvvələrin çıxarılması üçün vaxt müəyyənləşdirəcək. O, kabinetindəki Müdafiə və Daxili İşlər Nazirlərinin bundan sonra da parlament tərəfindən təsdiq ediləcəyinə çalışaçağını bildirib.

İraqın Milli hökumətinə şiə, sünni və kürdlərin nümayəndələri daxil edilib. Cənab Maliki bildirib ki, onun özü müvəqqəti olaraq Daxili İşlər Naziri vəzifəsini icra edəcək və baş nazirin müavini Zubeyini müvəqqəti müdafiə naziri təyin edib.

Millətcə kürd olan Bəhram Salehi isə müvəqqəti milli təhlükəsizlik naziri təyin edib. Parlamentin bir neçə ərəb sünni üzvü təhlükəsizlik naziri vəzifəsinə daimi nazir təyin edilmədiyinə etiraz əlaməti olaraq sessiyanı tərk ediblər.

XS
SM
MD
LG