Accessibility links

ABŞ prezidenti İraqın yeni hökumətini alqışlayıb


ABŞ prezidenti Corc Buş İraqda yeni hökumətin təşkilini Yaxın Şərqdə azadlığın qələbəsi kimi qiymətləndirib. Bu gün Çikaqo şəhərində biznes qrupu ilə görüşü zamanı Corc Buş İraq siyasətini bir daha müdafiə edərək deyib ki, yeni hökumətin formalaşması terrorizmə qarşı mübarizənin dönüş nöqtəsidir. Amerika prezidenti bildirib ki, ABŞ-ın İraq strategiyası bəzi insanlar tərəfindən sual altına alınır. “Lakin qlobal terrorizmə qarşı mübarizədə İraq terrorizmin məğlubiyyəti üçün əsas cəbhələrdəndir”-deyə prezident bildirib. Corc Buş eyni zamanda Venesuela və Boliviya demokratiyasının onu narahat etdiyini deyib. Prezident həmin ölkələrin liderlərini insan hüquqlarına riayət etməyə çağırıb.
XS
SM
MD
LG