Accessibility links

İranın dövlət qəzeti bağlanıb


İran hökuməti tərəfindən keçən həftə karikaturalar dərc etdiyinə görə, dövlət qəzeti bağlanmışdır. Dövlət televiziyası İranın baş prokuroru Səid Mortazaviyə istinadən bildirib ki, karikaturaçı Mana Neyestani və qəzet redaktorlardan biri nəzarət altına alınıb. Etnik azəriləri məsxərəyə qoyan karkaturalar Şərqi Azərbaycanın paytaxtı Təbrizdə etirazlarla qarşılanıb. Xatırladaq ki, karikaturalar azərbaycanca danışan tarakanları təsvir edib. Dünən hökumət binaları azərbaycanlılar tərəfindən daşa basılıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
XS
SM
MD
LG