İsrailin baş naziri Ehud Olmert bildirib ki, Həmasın başçılıq etdiyi Fəsləstin hökuməti ös siyasətini dəyişməsə, İsrail öz sərhədlərinin yenidən nəzərdən keçirilməsinə başlayacaq. Konqresin birgə iclasında danışan cənab Olmert deyib ki, Həmas terrorizmi qınayıb, İsrailin mövcudluğunu qəbul etsə, İsrail Həmasın başçılıq etdiyi Fələstin hökumətilə danışıqlar aparmaq niyyətindədir. O əlavə edib ki, Fələstin hökuməti bunu etməsə, İsrail “terrorçu rejimə tərəqqiyə üstün gəlməyə imkan verməyəcək.” Çıxışı zamanı cənab Olmert habelə Birləşmiş Ştatlarla əlqələrə yüksək qimət verərək, iki ölkənin terrorizmə qarşı mübarizədə bir olduğunu deyib.