Accessibility links

Mərkəzi Kəşfiyyat Agenliyinə direktor təsdiq edildi


Hava qüvvələri generalı Makyl Heyden ABŞ Senatı tərəfindən Mərkəzi Kəşfiyyat Agenlyinə yeni direktor təyin edildi. Senatorların təsdiqi bu gün 78 leyhinə, 15 əleyhinə səslə həyata keçirilib. Prezident Buş Maykl Heydenin təsdiqini alqışlayaraq, onun təcrübəli bir insan kimi bu mühüm bir vaxt agenltiyə rəhbər olmağa layiq olduğunu deyib. Xatırladaq ki, keçən həftə onun təsdiqi ilə bağlı dinləmələr zamanı Heyden daxili təhlükəsizlik proqramı ilə bağlı agentliyin fəaliyyətini müdafiə etmişdi. O bunu terrorizmlə mübarizədə labüd və qanuni bir proqram adlandırmışdı. Proqramın leqallığı bəzi qanunverici tərəfindən sual altına alınır.
XS
SM
MD
LG