Accessibility links

Şərqi Timorda vəziyyət gərgin olaraq qalır


Şərqi Timorun paytaxtı Dilidə yüz minlərlə insan kilsələr və xarici səfirliklərdə sığınacaq axtarır. Belə ki, şəhərdə yaraqlılar binaları yandırır, sakinlərə hücum edirlər. Ötən həftə təhlükəsizlik qüvvələri və yaraqlı qruplaşmalar arasında baş verən toqquşmalarda 27 adam həlak olmuşdu. Şəhərə 1300 əsgərdən ibarət Avtraliya sülhməramlı qüvvəsi yerləşdirilsə də, döyüşləri yatırmaq mümkün olmamışdır. Ölkənin vətəndaş müharibəsinə sürükləndiyinə dair qorxular mövcuddur.
XS
SM
MD
LG