Accessibility links

Kabil aksiyaları zorakılıqlara çevrilib


Əfqanıstanın paytaxtı Kabildə ABŞ əsgərlərinin bir adamın ölümü və bir neçə insanın yaralanması ilə nəticələnən avtomobil qəzasına etiraz olaraq aksiyalar keçirilir. Nümayişçilər mağazaları talan edir, polis maşınlarını yandırır, anti-Amerika şüarları səsləndirir. Əfqanıstan prezidenti Həmid Karzay əfqan xalqını qiyamçılara müqavimət göstərməyə çağırıb. O deyib ki, bu insanlar Əfqanıstanın düşmənləridir. Qarşıdurmalar zamanı 7 adamın həlak olduğu bildirilir. Şahidlərin dediyinə görə, etirazlar hərbi maşının mülki avtomobillərə dəyməsi ilə başlayıb. ABŞ ordusunun məlumatında deyilir ki, əsgərlər havaya xəbərdarlıq atəşi açmışlar. Ordu nümayəndəsi qəzaya görə təəssüfünü və hadisə ilə bağlı istintaq aparılacağını bildirib.
XS
SM
MD
LG