Accessibility links

Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çağırır


Fransa prezidenti Jak Şirak deyib ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsiin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Cənab Şirak bu açıqlamanı bu gün Parisdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı verib. Jak Şirak deyib ki, 1988-ci ildə başlamış və altı il sürən hərbi münaqişə zamanı 30 mindən çox insan həlak olmuşdur. 1994-cü ildə atəşkəs rejimindən sonra Fransa, Rusiya və Amerika Bİrləşmiş Ştatları münaqişənin həllilə bağlı razılığın əldə olunmasına çalışaraq, danışıqlarda vasitəçilik edir. Bu ilin əvvəli Parisdə Rambuyedə Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar nəticəsiz qalmışdır.

XS
SM
MD
LG