Prezident Buş İran nüvə fəaliyyətlərin davam etdirdiyi halda, nəticələrlə qarşılaşacağı haqda xəbərdarlıq edib. ABŞ prezidentinin sözlərinə görə, indi nüvə fəaliyyətlərini dayandırıb-dayandırmamaq və ABŞ-ın mübahisəli məsələ ətrafında danışqlar aparmaq təklifini qəbul edib-etməmək İranın özündən asılıdır.
Cənab Buş bu gün Ağ Evdə müxbirlərə deyib ki, əgər İran ABŞ-ın təklifini rədd etsə, dünya məsələni BMT-nin Təhlükəsizlik Şurası vasitəsilə həll etmək üçün birgə fəaliyyət göstərəcək. Prezident Buşun bu açıqlamaları dünya ölkələrinin xarici işlər nazirlərinin Vyanada İranın nüvə pqoqramı ətrafında yaranamış gərginliyi həll etmək üçün görüş keçirdiyi vaxta təsadüf edir.
Dövlət katibi Kondoliza Rays və onun Britaniya, Almaniya, Fransa, Rusiya və Çindən həmkaları İrana nüvə proqramını dayandırdığı halda, iqtisadi inkişaf paketi təklif etmək, bunu etmədiyi halda isə ona qarşı cəza tədbirləri həyata keçirilməsi ilə bağlı danışıqları yekunlaşdırırlar.