Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri komandirlərinə döyüş zamanı əsgərlərə əsas hüquqi, mənəvi və etik standartlarla bağlı təlim verilməsi haqda göstəriş verib. Bu qərar hərbi qüvvlərin keçən il Hadisə şəhərində ABŞ hərbi dəniz qüvvələrinin əsgərlərinin azı 24 İraq mülki vətəndaşını qətlə yetirib-yetirməməsilə bağlı təhqiqat apardığı vaxta təsadüf edir. Yazılı bəyanatda ABŞ-ın İraqda ikinci yüksək rütbəli hərbi komandiri general-leytenant Piter Çiarelli bildirib ki, təlimlər zamanı “peşəkar hərbi dəyərlər, orduda nizam-intizamın əhəmiyyəti və döyüşlərin professional səviyyədə aparılması” məsələlərinə önəm veriləcək.