Qəzzə Zolağında iki Fələstin rəqib qrupları arasındakı qarşıdurma nəticəsində təhlükəsizlik qüvvələrinin bir zabiti daxil olmaqla bir neçə nəfər həlak olub. Fələstin rəsmiləri deyirlər ki, Qəzzə Zolağında naməlum silahlı şəxslər tərəfindən Fəthin üzvü təhlükəsizlik qüvvələrinin zabiti öldürüldükdən sonra, tərəflər arasında atışmalar baş vermişdir.
Fəthin təhlükəsizlik qüvvələrinin maşınının Qəzzənin cənubundakı bir kənddə atəşə məruz qalması nətisəində üç zabit yaralanmışdır. Bundan sonra Fəthin silahlı şəxsləri Həmasın bir komandirini öldürmüşlər. Son bir neçə həftə ərzində Həmas yaraqlıları ilə Fəth arasında təhlükəsizlik qüvvələrinə nəzarət uğrunda qarşıdurmalar daha da artmışdır. Bu isə ölkənin vətəndaş müharibəsinə sürüklənəcəyinə dair qorxulara səbəb olmuşdur. Lakin Fələstinin müzakirəçisi Saheb Erekat ölkədə vətəndaş müharibəsinin baş verəcəyinə inanmadığını bildirib.
İsrailin məhvini qarşıya məqsəd qoyan Həmas qrupuna qarşı beynəlxalq sanksiyalar Fələstində gərginliyi artırıb. Doqquz həftədir ki, Fələtin Müxtar Idarəsinə başçılıq eən Həmas idarədə işləyən 70 000 təhlükəsizlik qüvvələrinin əsgəri daxil olmaqla, 165 000 qulluqçunun maaşını üç aydır ki, ödəyə bilmir.