Accessibility links

Prezident Buş: Zərqavinin ölümü Əl Qaida üçün böyük zərbədir


Prezident Buş bildirib ki, terroçu lider Əbu Musəb əl-Zərqəvinin ölümü Əl-Qaida üçün böyük bir zərbədir. Prezident Buş deyib ki, terror ideologiyası özünün ən görkəmli və aqressiv rəhbərlərindən birini itirib. O deyib:

“Zərqəvi İraqda qirov qötürülmüş amerikalıları və dinc vətəndaşları şəxsən qətlə yetirmişdi. Bağdadda Birləşmiş Millətlər Təşkilatının qərarqahının dağıdılmasını şəxən hazırlamışdı.”

Bu qün səhər Ağ Evdə etdiyi çıxışında prezident Buş Zərqəvinin zərərsizləşdirilməinə nail olmuş Amerika və İraq hərbi qüvvələrinin fəaliyyətini alqışlayıb. O deyib ki, birgə fəaliyyət nəticəində onlar İordaniyada doğulmuş və İraqda axtarışda olmuş bir nömrəli terrorçunu tapmağa nail olmuşlar. Cənab Buş bildirib ki, o, bazar ertəsi Kemp Deyviddə milli təhlükəizlik məsələləri üzrə müşavirləri İraq məsələsinin müzakirə edəcək və bundan sonra İraq rəsmilərilə mələhətləşmələr aparacaq.

XS
SM
MD
LG