İsrailin baş naziri Ehud Olmert onun dövlətinin İordanya ilə məsləhətləşmədən İordan çayının Qərb Sahilinə qarşı heç bir əməliyyat həyata keçirməyəcəyinə söz verib. Cənab Olmert bu sözü bü gün Ammanda, İordaniya kralı Abdulla ilə görüşündən sonra vermişdir. İsrail lideri eləcə də, onun ölkəsinin humanitar böhran vəziyyətində olan Fələstin ərazillərinə kömək edəcəyinə söz verdi. O, İordaniyanı strateji müttəfiq adlandırdı.
Kral Abdulla isə iki dövlətin İsrail-Fələstin münaqişəsinə aid qəbul etdikləri qərarın İsrail -Fələstin danışıqlarına müsbət təsiri olacağını bildirdi. Liderlər bəyənatlarında cənab Olmertin sərhədlərin müəyyənləşdirlməsi üzrə mübahisəli plana toxunmamışlar.