Accessibility links

İranın dini lideri həvəsləndirici təklifləri yetərsiz sayır


Dünyanın lider ölkələrinin İrana mübahisəli uran işlərini dayandırmaq müqabilində həvəsləndirici təkliflər verməsinə baxmayaraq, ölkənin konservativ dini rəhbəri uranı zənginləşdirməkdə davam etmənin vacibliyini bildirib.

Tehranda cümə xütbəsi zamanı Ayətullah Əhməd Cənnəti deyib ki, həvəsləndirici təkliflər paketi onu təklif edən ölkələr üçün yaxşı ola bilər, amma İran üçün deyil. Ayətullah Cənnəti parlament və hökumət arasında nizamlayıcı rolunu oynayan Ali Nəzarət Şurasının rəhbəridir.

BMT-nin Atom Enerjisi Agentliyi cümə axşamı yayılan xəbərində dünyanın lider ölkələrinin İrana həvəsləndirici təkliflər verməsinə baxmayaraq, rəsmi Tehranın uranın zənginləşdirilməsi üzrə işlərə bu həftə yenidən başladığını bildirib. ABŞ İranın həmin paketi qəbul etməsi və çoxtərəfli danışıqara başlaması üçün uranın zənginləşdirilməsi istiqamətində bütün işlərə son qoymalı olduğunu bildirib.

XS
SM
MD
LG