Accessibility links

Iradqa zorakılıqlar davam edir


İraqın şimal bölgəsindəki Kərkük şəhərində 5 bomba partlayışı 17 adamın ölümünə səbəb olub. Təqribən eyni vaxtda baş verən partlayışlar nəticəsində bir çox insanın yaralandığı xəbər verilir. Ölənlər arasında polis işçilərinin də olduğu deyilir. Partlayışlar İraqdakı Əl-Qaidə təşkilatına yeni lider təyin edildikdən bir gün sonra həyata keçirilib. İraq hökuməti isə təhlükəsizlik ölçüləri ilə bağlı yeni planını açıqlayıb. Planda 40 000 əsgərdən ibarət ABŞ və İraq qüvvələrinin əməliyyatlara cəlb ediləcəyi bildirilir. Burada paytaxt Bağdadda kommendant saatının tətbiqi də yer alır.
XS
SM
MD
LG