Accessibility links

Tehranda qadınların nümayışi dağıdılıb


Bu gün Tehranda qadınlara bərabər hüquqlar tələbilə təşkil edilən nümayiş polis tərəfindən dağıdılıb və azı 70 adam həbs olunub. Tehranın mərkəzində təşkil edilən nümayişdə təqribən 100 adam iştirak edib. Media xəbərlərində polisin dəyənəklərlə bəzi qadınları döydüyü bildirilib. İranın ədliyyə naziri nümayişin qeyri-qanuni olduğunu söyləməklə bərabər insanların döyülməsi məsələsini araşdıracağına söz verib.İranla bağlı digər bir xəbərdə deyilir ki, İranın ədliyyə naziri Cəmal Kərimirad bildirib ki, keçən ay Tehranda həbs olunan demokratiya fəalı Ramin Cahanbəyli istintaqın bu mərhələsində vəkil xidmətindən istifadə edə bilməz. O, Evin həbsxanasını gəzərkən müxbirlərə deyib ki, İran mənşəli kanadalı filosof Cahanbəylinin işi təhlükəsizliklə əlaqədardır.
XS
SM
MD
LG