Accessibility links

Həmas İsraillə atəşkəsə çağırıb


İslamçı Həmas qrupunun yaraqlıları İsraillə yeni atəşkəsə çağırıb. Bu gün Fələstin hökumətinin sözçüsü Qazi Həmad deyib ki, Həmas İsrail Qəzzaya birinci hücum etməyincə, yaraqlılarını İsrailə qarşı raket hücumlarını dayandırmağa çağırıb. Bu bəyanat Qəzzadakı Fələstin yaraqlılarının İsrailin Şderot şəhərinə azı 5 raket atması nəticəsində 3 nəfər israillinin yaralanmasından sonra verilib. Hücumun məsuliyyətini İsraillə atəşkəsə razı olmayan islamçı Cihad öz üzərinə götürüb.

Keçən həftə Qəzza sahilində həyata keçirilmiş hücum zamanı 8 nəfərin ölümündən sonra, Həmas 16 aylıq atəşkəs rejiminə son qoymağa çağırmışdı. Fələstin rəsmiləri bu hücumun məsuliyyətini İsrailin üzərinə atmış, İsrail bu ittihamı rədd etmişdi.

XS
SM
MD
LG