Bu gün səhər Qəndəhar şəhərinin kənarında baş verən güclü partlayış nəticəsində azı 10 nəfər mülki vətəndaşın qətlə yetirildiyi, 15 nəfərin isə ciddi yaralandığı bildirilir. Lakin polisin bomba partlayışı nəticəsində 10 nəfərin qətlə yetirilməsini deməsinə baxmayaraq, Qəndəhar hökumətinin sözçüsü ölənlərin sayının 8 nəfər olduğunu deyir.
Koalisiya rəsmiləri bomba hücumunun Birləşmiş Ştatlar hərbi bazası yaxınlığında baş verdiyini və afqan işçilərinin hədəf alındığını bildirirlər. Qeyd edək ki, son həftələr Əfqanıstanın mülki vətəndaşlarına, əsgərlərinə və rəsmilərinə qarşı hücumlar artmışıdr və bütün bu hücumlarda Taliban yaraqlıları günahlandırılır. Birləşmiş Ştatlar rəsmiləri yaraqlılara qarşı artıq geniymiqyaslı əməliyyatlara başlandığını bildirilər.