Accessibility links

Litvada baş nazirliyə namizəd təsdiq edilmədi


Litva qanunvericiləri Soail Demokrat Partiyasının üzvü Zigmantas Balkutisin baş nazirliyə namizədliyi rədd edib. Qeyd edək ki, cənab Balkutis prezident Valdaq Adamkus tərəfindən namizəd göstərilmişdi. Bu gün keçirilən parlament seçkilərində əsksəriyyət əldə etməsi üçün onun 67 səsə ehtiyacı vardı. Lakin səsvermə 52 leyhinə, 48 əleyhinə və 32 bitərəf səslə nəticələnmişdi. Bu isə prezidentin yeni namizəd irəli sürməsi deməkdir. Maliyyə naziri Zigmantas Balcutis keçən aydan etibarən baş nazir vəzifəsini icra edirdi.
XS
SM
MD
LG