Accessibility links

Özbəkistanda baş verənləri göstərən videokaset əldə olunub


2005-ci il mayın 13-də Özbəkistanın Əndican şəhərində özbək hökumətinin silahsız müxalifətə qarşı törətdiyi qırğını nümayiş etdirən videokaset aşkara çıxıb. Müxalifət nümayəndələrinin sözlərinə görə, həmin gün ordu tərəfindən 700-dən artıq nümayişçi qətlə yetirilib. Hökumət isə ölənlərin sayının 200-dən az olduğunu və əsasən islamçı yaraqlıların öldürüldüyünü bildirib. Videokaseti Nyu York Times qəzeti əldə edib. Qəzetin yazdığına görə, videonu kütlənin arasında olan ənm azı iki nəfər çəkib. Sonra isə kasetlər özbək rəsmiləri tərəfindən müsadirə olunub. Hökumət kaseti montaj edərək məhkəmədə iğtişaş törətməkdə günahlandırılan adamların əleyhinə istifadə etmişdi. Lakin qəzetin yazdığına görə, videoda dəhşətli səhnələr var və görüntülər müxtəlif cür yozula bilər. Kaset özbək inqilabçılarının necə başıpozuq və çaşqın durumda olduqlarını göstərir. Qəzetin fikrincə, video Özbəkistan rəhbərliyinin yüksək səviyyədə təlim keçmiş beynəlxalq terrorçuların rəhbərlik etdiyi silahlı iğtişaşları yatırmaq üçün zora əl atmaq məcburiyətində qaldığı barədə iddialarının yalan olduğunu sübut edir.
XS
SM
MD
LG