Accessibility links

İtaliyada ümumxalq səsverməsi başlayıb


Bu gün İtaliyada regionlara daha çox səlahiyyətlərin verilməsi ilə bağlı referendum keçirilir. İslahatlar paketi İtaliya parlamentində Silvio Berluskoni tərəfdarlarının çox olduğu zaman qəbul edilib. Lakin onun qüvvəyə minməsi üçün ümumxalq səsverməsində çoxluq tərəfindən dəstəklənməsi lazımdır. Apreldə seçkiləri udmuş Romano Prodinin partiyası isə bu dəyişikliklərin əleyhinə çıxış edir. Qeyd edək ki, islahatlar paketi həm də prezidentin səlahiyyətlərini baş nazirin xeyrinə azaltmağı nəzərdə tutur. Səsvermə bazaar ertəsi günorta başa çatacaq.
XS
SM
MD
LG