Accessibility links

Fələstinlilər İsrail ordusunun mövqelərinə hücum ediblər


8 fələstinli yaraqlı Qəzza zolağında sərhəd xəttinin altından salınmış tunnel vasitəsilə İsrail ərazisinə keçərək, İsrail ordu postuna hücum edib. Qızğın atışmalar zamanı bir İsrail tankı və əısgərləri daşıyan yük maşını partlayıb.

Xalq Müqavimət komitəsi adlanan qrupdan olan yaraqlılar hücumlara görə məsuliyyəti öz üzərinə götürüb və bunun, israillilərin hava hücumu zamanı öldürülmüş liderlərinin və 14 mülki şəxsin qisasını almaq üçün etdiklərini deyiblər. Fələstin administrasiyasına rəhbərlik edən Həmas qrupunun bir üzvü də hücum edənlər arasında olub.

Ordu nümayəndələri bir İsrail əsgərinin əsir götürüldüyü və sağ olduğu bildirilir.

Bu, İsrail öz qüvvələrini Qəzza zolağından çıxardıqdan sonra birinci uğurlu sərhədpozma cəhdidir. İsrailin baş naziri Ehud Olmert fələstinliləri cavab hücumlarının olacağı ilə hədələyib. "Biz bu hücumlara görə məsuliyyəti Fələstin rəhbərliyinin üzərinə qoyuruq və cavab tələb etmək niyyətindəyik", deyə cənab Olmert bildirib.

İsrail ordusunun rəhbərliyi Həması günahlandıraraq Fələstin rəhbərliyinin və dövlət strukturlərının İsrailin hədəfində ola biləcəyinə eyham vurub.

Fələstinin mötədil prezidenti Mahmud Abbas hücumları pisləyib. O, Birləşmiş Ştatlar, BMT və Misirə müraciət edərək onlardan İsraili bir qədər yumşaltmağı və vəziyyəti gərginləşdirməməyə sövq etməyi xahiş edib.

İsrail Fələstinlilərə əsir götürülmüş əsgəri 24 saat ərzində azad etmələri barədə ultimatum verərək, əks halda qarşı tərəfin sərt cavab addımları ilə üzləşəcəyini bəyan edib.

XS
SM
MD
LG