Accessibility links

İraqdakı ABŞ qüvvələrinin ixtisarı planı nəzərdən keçirilir


Amerikanın İraqdakı hərbi qüvvələrinin baş komandnı, general Corc Keysinin təklif erdiyi bu plana əsasən payız aylarında İraqı təkr edəcək 7 000 əsgərdən ibarət hərbi qüvvə digər qüvvələrlə əvəz edilməyəcək. Beləliklə İraqdakı ABŞ qüvvələrinin sayı 127000 enmiş olacaq. İlin sonuna doğru isə əsgərlərin sayı 120000 olmalıdır. Lakin bütün bunlar “əgər” sözü ilə müaşiyət edilir. Əgər təhlükəszlik təmin edilsə, əgər İraq güclənsə və ya daxili yaraqlıların hücumları səngisə. ABŞ prezidenti Corc Buş İraqdakı Amerika qüvvələrinin sayının azaldılması planı ölkədəki mövcud durumdan asılı olacağını deyib. Ağ Evdə müxbirlərlə görüşü zamanı prezident keçən həftə general Keysi ilə görüşüb, məsələni müzakirə etdiyini deyib. Demokrat partiyasından qanunvericilər planı demokratların tələblərinə uyğun olduğunu bildirirlər. Respublikaçılar isə demokratların İraq strategiyasını “qırdı-qaçdı” strategiyası adlandırırlar. Keçən həftə respublikaçıların nəzarətində olan Senat demokratların qüvvələrin İraqdan çıxarılamsına dair iki planını rədd etmişdi.
XS
SM
MD
LG