Accessibility links

Türkiyə-Rusiya prezidentlərinin görüşündə əsas mövzu enerji


Türkiyə Prezidenti Əhməd Necdət Sezer sabah Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moksvaya səfər edib. İki prezidentin ölkələri arasında ticarət əlaqələrinin inkişafı və bəzi enerji layihələrini müzakirə edəcəkləri gözlənilir. Türkiyə, Rusiya və Orta Asiya neftinin bu ölkəyə göndərilməsi üçün əlavə bir kəmərin çəkilməsini təklif edir. İki ölkə prezidentlərinin görüşdən sonra mətbuat konfransı keçirmələri planlaşdırılır. Türkiyə prezidentinin Moskvaya üç günlük səfəri zamanı Kipr məsələsi və İranın nüvə proqramının da danışıqlar mövzusu olması gözlənilir. Türkiyənin Xarici işlər naziri Abdullah Gül prezidentlərin səfərinə hazırlıq üçün dünən Moskvaya gedib.
XS
SM
MD
LG